Paşinyanın “islahat” qərarı komandasını ikiyə böldü

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın “islahat” qərarı komandasını ikiyə böldü

Dünya

31 Yanvar 2024 10:55 414


Konstitusiyanın dəyişdirilməsi və preambulada Müstəqillik Bəyannaməsinə istinad edilməməsi Ermənistanın Baş naziri Nikol Paşinyanın yeganə planı deyil. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Past” məlumat yayıb. 

Qəzetin hakim “Vətəndaş müqaviləsi” fraksiyasında olan mənbəsi bildirib ki, Paşinyan nəinki Müstəqillik Bəyannaməsini ləğv etmək qərarına gəlib, hətta xəyali dördüncü respublikasının konstitusiyasını da sıfırdan yazmağa qərar verib.  pizza mizza

Erməni nəşri yazır ki, Paşinyanın bu barədə komandası ilə açıq söhbəti olmasa da, fraksiya emissarları vasitəsilə diplomatik lobbiçilik etməyə başlayıblar. Bu isə hakim partiya üzvlərinin bəzilərinin narahatlığına səbəb olub. 

KİV əlavə edib ki, son günlər hökumət deputatları fəal şəkildə müsahibələr verir və iddia edirlər ki, Müstəqillik Bəyannaməsindəki maddələr hazırkı perspektiv üçün Ermənistana və erməni xalqına sərf etmir. Lakin buna baxmayaraq, hakim fraksiyada Baş nazirinin sözügedən planına qarşı çıxan və onun qarşısını almaq üçün diqqətlə mübarizə aparmağa çalışan bir qrup var. 

İddialar var ki, əgər partiyadaxili ictimai üsyan olarsa, bu qrup daha açıq şəkildə öz fikirlərini bəyan edəcək. 

Rafi MÜLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!