Paşinyanın müavini beynəlxalq axtarışa verilib

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın müavini beynəlxalq axtarışa verilib

Dünya

12 May 2022 09:03 157


Ermənistanın Baş nazirinin müavini Ambarsum Matevosyan beynəlxalq axtarışa verilib.

Bu barədə “Report” “Oragir.news”a istinadən xəbər verir.
Məlumata görə, Matevosyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 327-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq (hərbi xidmətə, təlimə və ya hərbi təlimə çağırışdan yayınma) ittiham edilir.

Qeyd olunur ki, Ermənistan polisi hələ 2011-ci ildə də Matevosyanı axtarışa verib. Axtarış 2012-ci ildə dayandırılıb, lakin cinayət işinə nə üçün xitam verildiyi hələ də məlum deyil. Pepperoni pizza

Ermənistan hökumətindən sayta bildirilib ki, “baş nazirin müavini Ambarsum Matevosyanın adından alınan sorğuya cavab “İnformasiya azadlığı haqqında” Qanuna aid deyil”.

“Beləliklə, faktiki olaraq, orduda zabiti bıçaqlamaqda təqsirli bilinən hazırkı müdafiə naziri Suren Papikyanın bu cinayət əməlini aydınlaşdırmadığı kimi, Matevosyan da tərcümeyi-halının həmin epizoduna aydınlıq gətirmək fürsətindən istifadə etməyib. Qeyd edək ki, Ambartsum Matevosyan Silahlı Qüvvələrdə xidmət etməyib”, - sayt vurğulayıb.

Xatırladaq ki, Matevosyan ötən ilin 25 noyabrında Baş nazirin müavini təyin olunub. Barəsində cinayət işi olan məmur daha əvvəl vilayət rəhbəri işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!