Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İrana gedir.
Yenisabah.az xəbər verir ki, bu barədə qərarı Ermənistan hökumətinin başçısı Nikol Paşinyan imzalayıb.
Qriqoryan hökumətlərarası komissiyasının 18-ci birgə iclasında iştirak edəcək. Marqarita pizza
Nümayəndə heyətinin tərkibinə 15 nəfər, o cümlədən xarici işlər nazirinin müavini Vahan Kostanyan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, İqtisadiyyat Nazirliyinin rəis müavini Narek Teryan və başqaları daxil olub.
Telegram kanalımız