Erməni təxribatı nəticəsində sərhəddə aktivlik var. Paşinyan yenə də müxtəlif dünya prezidentlərinə zəng edir. Onun beynəlxalq təşkilatlara və prezidentlərə zəngləri Azərbaycanın əleyhinə qərarla nəticələnə bilərmi?
Siyasi şərhçi Aydın Quliyev Yenisabah.az-a açıqlamasında deyib ki, Paşinyanın bu addımları məqsədlidir:
“O, ölkəsinin Azərbaycana qarşı törətdiyi təxribatların məzmununu gizlətmək istəyir. Digər yandan, məqsəd təxribatların məsuliyyətini Azərbaycanın üzərinə atmaqdır. pizza
Birmənalı şəkildə bilmək lazımdır ki, müraciətlərin Azərbaycana heç bir təsiri olmayacaq. Sual yaranacaq ki, niyə? Çünki dünya prezidentləri hər iki ölkənin mənafeyini bilir. Həmin prezidentlərin məsələdə mövqeyi bəllidir.
Beynəlxalq arenada hər kəs bilir ki, ərazilərini işğaldan azad etmiş Azərbaycanın Ermənistana təcavüzə marağı və ehtiyacı yoxdur. Azərbaycanın yeganə marağı yekun sülh sazişinin imzalanmasını təmin etməkdir”.
A.Quliyev qeyd edib ki, Paşinyan istər KTMT-yə, istər Aİ-yə, istərsə də digər ölkələrin rəhbərliyinə müraciət etsə də, heç nəyə nail ola bilməyəcək:
"Rusiyanın özündə belə KTMT-nin iclasına ayıq mövqedən yanaşma var. Delimitasiya və demarkasiya məsələsinin həll olunmadığı bir dövrdə KTMT məsələyə müdaxilə edə bilməz. Konkret bilmək lazımdır ki, Paşinyanın müraciətləri əsassızdır və Azərbaycan üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ermənistan ərazilərində bufer zonanın yaradılmasını təkid etməlidir. Bufer zonanın Ermənistan ərazisində yaradılması sülhün əsas qarantına çevrilə bilər. Dünya öz ərazilərindən başqasının ərazisinə təcavüz etmək üçün müxtəlif hazırlıqlar aparan ölkənin Ermənistan olduğunu görür. Buna görə Azərbaycan hücum üçün planlaşdırdılan hücum postlarını yerlə-yeksan etdi. Həmin postlar dağıdılmasa, gələcəkdə Azərbaycana qarşı irimiqyaslı təxribatlarının şahidi ola bilərdik”.
Nəsimi Ələsgərli
Telegram kanalımız