“Paşinyanın Putinə, Makrona zəng etməsinə ehtiyac yoxdur!”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyanın Putinə, Makrona zəng etməsinə ehtiyac yoxdur!”

Siyasət

13 Sentyabr 2022 09:39 1439


“Paşinyanın Putinə, Makrona, Blinkinə və başqalarına zəng etməsinə ehtiyac yoxdur”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov “Facebook”da paylaşım edib.

O, daha sonra əlavə edib: Sezar pizza

“Paşinyanın etməli olduğu şeylər:

- Azərbaycan ərazisinə qarşı hərbi təxribatlara son qoyulsun;

- Bütün erməni silahlı birləşmələri sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdən çıxarılsın;

- Ermənistan ərazisində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək məqsədi daşıyan hər hansı dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətini dayandırmaq;

- Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatın bütün müddəalarını istisnasız yerinə yetirməlidir;

- Ermənistanın Azərbaycana qarşı illərdir silahlı təcavüzünə görə günahını və məsuliyyətini tanıdığınız bəyanatla çıxış etməyə borcludur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!