Paşinyanın rəqib kim olacaq? –   “Rusiya Ruben Vardanyanı Ermənistana transfer edəcək”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın rəqib kim olacaq? – “Rusiya Ruben Vardanyanı Ermənistana transfer edəcək”

Siyasət

03 Noyabr 2022 12:55 1260


“Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı olan ən güclü müxalifət müəyyən dərəcədə “Qarabağ klanı”dır. Digərləri müstəqil olsalar da, müəyyən elektorat gücünə malik deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə rusiyalı politoloq Sergey Markovun “Rusiya Paşinyanın yerinə daha çox rusiyayönlü siyasətçi gətirməyə çalışacaq” açıqlamasına şərh edib:

Siyasi təhlilçi düşünür ki, indiki situasiyada Ermənistan əhalisinin “Qarabağ klanı”, xüsusilə də Robert Koçaryan və yaxud Serj Sarkisyanın arxasınca getməsi real görünmür: pizza

“Rusiya tərəfi, təbii ki, “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi üçün əlindən gələni edir, amma Nikol Paşinyan da müəyyən qabaqlayıcı addımlar atır. Məsələn, “Qarabağ klanı”nı kurasiya edən Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin, həmçinin, Nikol Paşinyan əleyhinə Ermənistan müxalifətinə dəstək verən “Russia Today” və “Sputnik”in baş redaktoru Marqarita Simonyan və digərlərinin ölkəyə girişinə qadağa qoyulub”.

M. Əsədullazadənin sözlərinə əsasən, bu, o deməkdir ki, artıq Rusiyanın birbaşa dəstək verdiyi şəxslərlə əlaqələr Ermənistan daxilində bloklanıb:

“Rusiya çalışacaq ki, Xankəndidə Ruben Vardanyana müəyyən dərəcədə dəstək verib, onu Ermənistan siyasətinə transfer etsin. Amma Nikol Paşinyan bunu da neytrallaşdırmaq gücünə malikdir. Hazırkı situasiyada Nikol Paşinyana Ermənistanda rəqib yoxdur:

Ümumiyyətlə, əgər hər hansı qüvvələr hakimiyyətə gələrlərsə, onlar da Rusiyanın planını həyata keçirib, sülh prosesini pozacaqlar. Ona görə də xalq məhz Nikol Paşinyana səs verib, onu dəstəkləməklə digərlərinin hakimiyyətə gəlişinə imkan verməyəcək”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!