Paşinyanın reytinqi azalıb

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın reytinqi azalıb

Siyasət

10 Dekabr 2021 20:15 795


Amerikanın “Gallup İnternational Association” tədqiqat şirkətinin keçirdiyi sorğuların nəticələrinə əsasən, Ermənistan sakinləri arasında Nikol Paşinyanın reytinqi 2018-2019-cu illərlə müqayisədə azalıb. 

Yenisabah.az xəbər verir ki, 2018-ci ildə keçirilən sorğu zamanı Ermənistan sakinlərinin 60,2%-i Nikol Paşinayana etibar edib, 31,8%-i suala cavab verməkdə çətinlik çəkib, 2018-ci illə müqayisədə Paşinyana olan etimad 36,6% azalaraq 39,9% təşkil edib. 

Artıq 2021-ci ildə Noyabrda keçirilən sorğunun nəticələrinə görə, sakinlərin 14,7%-i Ermənistan Baş nazirinə etimad göstərib, 39,4%-i isə ona ümumiyyətlə inanmır. pizza

Keçirilən sorğuların nəticələrinə əsasən, respondentlərin 33,4%-i Ermənistan Baş naziri Nikol Paşinyanın işini bəyənib, 49,4%-i isə Paşinyanın fəaliyyətini bəyənmir. 

Respondentlərin 60%-i Ermənistan prezidenti Armen Sarkisyanın işindən narazıdır, 18,7%-i isə Ermənistan prezidentinin fəaliyyət üslubundan razıdır./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!