“Paşinyan hamını aldatmağa çalışır“   - Baş nazirin “yumşalmasının“ pərdəarxası

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan hamını aldatmağa çalışır“ - Baş nazirin “yumşalmasının“ pərdəarxası

Siyasət

10 Fevral 2022 14:00 1348


"Ümumiyyətlə, mən Ermənistan rəhbərliyinin qulağa xoş gələn bəyanatlarına inanmıram".

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən günkü açıqlamasından sonra sərhəddə baş verən təxribatlara toxunub: pizza hut

"Paşinyanın dünən Azərbaycanla dəmir və avtomobil yollarının açılmasına hazır olmasına dair təkliflə çıxış etməsi də bu qəbildəndir. Ermənistan iqtidarı ilk baxışda qulağa xoş gələn bu kimi manipulyativ açıqlamaları ilə beynəlxalq ictimai rəyi aldatmağa çalışır.

Nəzərə alaq ki, son vaxtlar Ermənistana kommunikasiyaların açılması ilə bağlı həm Qərbdən, həm də Rusiyadan müxtəlif təzyiqlər edilir. Artıq beynəlxalq dairələr postkonflikt reallıqlarından çıxış edərək Ermənistanın manevr imkanlarını tamamilə daraldıb. Amma Paşinyan hakimiyyəti yenə də bir yolunu tapıb manipulyasiya etməyə çalışır. Yəni üzdə kommunikasiyaların açılmasına tərəfdar olduğunu bildirir, arxa planda isə məkrli planlar qurur".

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!