"Aydın şəkildə demək olar ki, Paşinyan hökumətinin siyasətinin iflasa uğrayıb. Ermənistanın və onun strateji müttəfiqi Rusiyanın Qafqaz regionu və beynəlxalq aləmdəki tənliklərdə mövqelərinin zəifləyib".
Yenisabah.az "Diplomacy"yə istinadla xəbər verir ki, bu, siyasi təhlilçi Geqard Mansuryanın fikirləridir.
O, təhlilində qeyd edib: "Paşinyan iqtidarı Qərbə olan qeyri-real ümidi və o, saxtakar hərəkətləri ilə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin narazılığına səbəb olub. Ermənistanın üzv olduğu yeganə ciddi təhlükəsizlik sazişini itirib". pizza
G. Mansuriyanın sözlərinə görə, 2018-ci ildə Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra qərbləşməyə əsaslanan liberalizm nəzəriyyəsi Ermənistanın siyasi arenasını dəyişdirib:
2020-ci ildə ikinci Qarabağ müharibəsini Azərbaycanın iki strateji müttəfiqi olan Türkiyə və İsrailin köməyi ilə Qarabağı azad etməsi və 2020-ci il noyabrın 9-da atəşkəs haqqında saziş imzalaması faktiki olaraq Ermənistanın daxili və xarici siyasətinə təsir edib.
Azərbaycan Respublikası və Türkiyə ilə daimi sülhə doğru irəliləyən Paşinyan qeyri-müəyyənlik aurasındadır. Sadə dillə desək, idealist yanaşma ilə o, diplomatiyasında heç bir nailiyyət qazanmayıb.
Mövcud vəziyyətin dəlilləri Nikol Paşinyan hökumətinin siyasətinin iflasa uğradığını, Ermənistanın və onun strateji müttəfiqi olan Rusiyanın mövqeyinin Qafqaz regionu və beynəlxalq aləmdəki tənliklərdə zəiflədiyini açıq şəkildə ifadə edir.
Qərbin məqsədi Rusiyanı Cənubi Qafqaz regionunda uzun müddətdir ki, təcrid vəziyyətindən çıxarmaq və İranın həmin regionda nüfuzunun genişlənməsinə qarşı çıxmaqdır.
N. Paşinyanın Qərb siyasətinin həyata keçirilməsi istiqamətində atdığı addım və ağılsız hərəkətləri Ermənistanın milli təhlükəsizliyini və ərazi bütövlüyünü təhlükə altına alıb, Ermənistanın mövcudluğunu belə təhlükə altına qoyub".
Telegram kanalımız