Paşinyanın Soçidə vurnuxması:   “Rusiya prezidenti bilərəkdən susdu”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın Soçidə vurnuxması: “Rusiya prezidenti bilərəkdən susdu”

Siyasət

10 İyun 2023 11:35 2112


“Nikol Paşinyanın ziddiyyətli bəyanatları onun məhz Ermənistan dövlətinə rəhbərlik etməsindən irəli gəlir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elşən Manafov deyib.

O, Nikol Paşinyanın Soçidə Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə toxunub.  Dominos pizza

E. Manafovun fikrincə, Ermənistan baş naziri müxalifətinn ciddi pressinqi altındadır:

“Paşinyan müstəqil qərar qəbul etmək imkanlarına malik olan siyasətçi deyil. Onun bütün qərarlarını Qərbdəki havadarları ilə uzlaşdırması və koordinasiya etməsini nəzərə alsaq, istisna deyil ki, belə bir ismarış ona Qərbdən gəlib.

Baş nazir faktiki olaraq manevrlər edir. İlk baxışda Rusiya siyasi elitası ilə görüşdə o, Moskvanın maraqlarının əleyhinə getmir. Amma Qərbdəki havadarlarının təkidi ilə Rusiya sülhməramlılarını Azərbaycanın xeyrinə bu və ya digər hərəkətdə və yaxud hərəkətsizlikdə ittiham edir. Avrasiya İqtisadi İttifaqının son tədbirdə Baş nazir Laçın dəhlizi ilə bağlı məsələyə toxundu. Etiraf etmək lazımdır ki, Paşinyanın bu açıqlamasına Putin hər hansı bir adekvat münasibət görmədi. Rusiya prezidenti bilərəkdən susdu və Azərbaycanın həmin yola nəzarət-buraxılış məntəqəsini quraşdırmasına ya razı olduğu, ya da bu hərəkətin Rusiya tərəfindən koordinasiya edildiyi nüansı ortalığa çıxdı”.

Politoloq idda edib ki, Paşinyanın mövqeyindəki ən ciddi təzad sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlarda mövqeyini qabartması olub:

“Ermənistanın Baş naziri söylədi ki, sülh müqaviləsinin imzalanmasına heç bir ehtiyac yoxdur, çünki Moskva bəyannaməsinin şərtlərində sülh müqaviləsi barəsində heç bir müddəa yoxdur. Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunan Paşinyan, əslində, “dəhliz” terminologiyası ətrafında əməlli-başlı diskussiya açmağa cəhd göstərdi ki, bu dəhlizdir, yoxsa yol? Azərbaycan Prezidenti cənab İlham Əliyev də Paşinyanın bu sahədə məlumatsız olmasını qabartdı, dövlət başçısı qeyd etdi ki, bütün bunlar Ermənistanın hərbi-siyasi hakimiyyətinin manipulyasiyasından və siyasi manevrlərindən başqa bir şey deyil.

Paşinyanın bəyanatları Ermənistan tərəfinin hüquqi səciyyə və əhəmiyyət daşıyan hər hansı bir sənədə imza atması anlamında qəbul olunmamalıdır. Biz görürük ki, Paşinyan hələ də sözdən hərəkətə keçmək istiqamətində ciddi addımlar atmayıb”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!