Paşinyanın Zəngəzur qorxusu:   Bölgəyə gəlməkdən niyə çəkinir?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın Zəngəzur qorxusu: Bölgəyə gəlməkdən niyə çəkinir?

Siyasət

16 Avqust 2023 19:24 5449


Sünikdə (Zəngəzur) Ermənistan Baş naziri Nikol Paşinyanın səfərinə hazırlaşırlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Səfərin tarixi hələlik təsdiqlənməyib, amma baş nazirin bundan əvvəl təxirə salınan səfərinin nəhayət həyata keçiriləcəyinə ümid edilir. pizza sifarişi

Paşinyan Zəngəzura sonuncu dəfə 2021-ci il seçki kampaniyası zamanı gedib. Müharibədən sonra baş tutan səfər bölgədə etirazla qarşılanıb. Erməni mətbuatı baş nazirin Azərbaycanla 44 günlük müharibədən sonra Zəngəzura getməkdən çəkindiyini yazır.

Nikol Paşinyanın əvəzinə ötən aylarda onun həyat yoldaşı Anna Akopyan bölgədə olub. Amma Ermənistan baş nazirinin Zəngəzura addım atmaqdan yayınması ermənilər üçün müəmmaya çevrilib./Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!