Paşinyanla Əliyev ilin sonunadək yenidən görüşə bilər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanla Əliyev ilin sonunadək yenidən görüşə bilər

Siyasət

21 Dekabr 2021 12:14 745


Nikol Paşinyanla İlham Əliyev arasında Brüssel görüşü bu ilin sonuncusu olmaya bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“İlkin razılığa əsasən, Ermənistan və Azərbaycan liderləri bu il yenidən Rusiyada görüşəcəklər. Bizdə olan məlumata görə, bu görüş baş tutsa, ümumi xarakter daşıyacaq. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvləri də iştirak edəcəklər - baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev. Bundan əlavə müdafiə və xarici işlər nazirlərinin iştirakı da gözlənilir. Marqarita pizza

Hələlik görüşlə bağlı rəsmi açıqlamalar olmasa da, ola bilsin ki, bu, lüzumsuz fərziyyə və suallara yol verməmək üçün görüşə cəmi bir-iki gün qalmış açıqlansın”- məlumatda deyilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!