“Bölgəmizə sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya hava-su kimi lazımdır. Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycan-Ermənistan danışıqlarına da müsbət təsir edəcək”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutn telefon danışığını şərh edərkən deyib.
O qeyd edib: “Artıq uzun müddətdir ki, Azərbaycan və Türkiyə xarici siyasətlə bağlı addımlarını sinxronlaşdırıblar, bir-birləri ilə məsləhətləşmədən heç bir addım atmırlar. İndiki qəliz dünyada qardaş ölkələr xarici siyasətdə maraqlı tandem yaradıblar: Azərbaycanın demək istədiyini, amma deyə bilmədiyini Türkiyə deyir, Türkiyənin etmək istədiyini, amma edə bilmədiyini Azərbaycan edir”. Sezar pizza
Telegram kanalımız