2018-ci ildən sonra Erməni Apostol Kilsəsinə müharibə elan edən hökumət nümayəndələri bu günlərdə katolikosun özünün ibadət etdiyi Eçmiədzindəki Müqəddəs Qayane kilsəsini ziyarət etməyə başlayıblar.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.
Erməni nəşri yazır ki, 44 günlük müharibədən sonra bir sıra din xadimlərinin Ermənistan hökumətini tənqid etməsi və kilsənin Baş nazirin istefasını tələb etməsi ilə kilsə ilə hökumət arasında münasibətlər daha da gərginləşib: Pepperoni pizza
“Lakin bir neçə həftə əvvəl Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Eduard Asryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, Milli Müdafiə Komitəsinin sədri Andranik Köçəryan, Suren Papikyanın müşaviri Qaqik Melkonyan, “Aparan” dəstəsinin komandanı Razmik Petrosyan və müdafiə sektorunun digər nümayəndələri katolikos tərəfindən verilən liturgiyaya (dini mərasim) bir neçə saat qulaq asmaq üçün Müqəddəs Qayanada olublar. Hökumətlə kilsə arasındakı buzun əriyib-ərimədiyi və ya bəzi şəxslərin tövbə etməyə qərar verib-vermədiyi isə bəlli deyil”.
Telegram kanalımız