Paşinyanla Putin sərhədlə bağlı məsələni müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanla Putin sərhədlə bağlı məsələni müzakirə etdi

Siyasət

22 Yanvar 2022 14:00 1191


Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Dördpendirli pizza

Məlumata görə, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaların icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Putin və Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!