Patriarx Kirill İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Patriarx Kirill İlham Əliyevi təbrik etdi

Siyasət

26 Dekabr 2025 19:03 676


Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.​

"Yeni Sabah" həmin məktubun mətnini təqdim edir:

"Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Toyuqlu pizza

Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə doğma ölkənizə və vətəndaşlarınıza daim yüksək qayğı göstərir, uğurlu sosial-iqtisadi siyasət həyata keçirir, beynəlxalq gündəliyin formalaşdırılmasına və ictimai asayişin qorunmasına mühüm töhfələr verirsiniz. Müasir mürəkkəb geosiyasi şəraitdə bu vəzifələrin icrası dövlət başçısından strateji düşüncə, yüksək məsuliyyət və xüsusi analitik yanaşma tələb edir.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının səmərəli əməkdaşlığının dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, formalaşmış mövcud qarşılıqlı münasibətlərin inkişafı gələcəkdə də insanların həyatında ənənəvi mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı və rifah, Uca Allahdan kömək, Azərbaycan xalqının firavanlığı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!