Şairə Nazilə Səfərli sosial media hesabında paylaşım edərək istirahətdə olsa da, yaradıcılıqdan uzaq qalmadığını bildirib.
Yenisabah.az xəbər verir ki, o, müğənni Nigar Camalla təqdim etdiyi və özü tərəfindən “yayın hiti” adlandırılan “Axtarmasan” mahnısından əlavə, daha iki yeni ifa üçün söz yazdığını açıqlayıb.
Nazilə Səfərlinin sözlərinə görə, bu iki mahnı payız mövsümündə dinləyicilərə təqdim olunacaq. Onun iddiasına görə, sözügedən ifaları Əməkdar və Xalq artistlərindən biri səsləndirəcək. Marqarita pizza
Şairə hələlik mahnıları kimin ifa edəcəyini açıqlamasa da, yeni layihələrin də maraqla qarşılanacağına ümid etdiyini bildirib.
Aydan Hacı
Telegram kanalımız