“Paysis” MMC-nin bütün ödəniş əməliyyatları DAYANDIRILIB

saytların hazırlanması

Evə çatdırılma

“Paysis” MMC-nin bütün ödəniş əməliyyatları DAYANDIRILIB

İqtisadiyyat

11 Dekabr 2025 11:13 580


“Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verilib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəsmi açıqlamasına əsasən internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə yanaşı “Paysis” MMC və onun rəhbəri barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılmış və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Pepperoni pizza

Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənədək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi rəhbər tutularaq, “Paysis” MMC-yə lisenziyası çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!