Paytaxt məktəblisi qızıl medal qazanıb

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt məktəblisi qızıl medal qazanıb

Sosial

15 Fevral 2019 15:49 943


Paytaxt məktəblisi Respublika müsabiqəsinin qızıl medalçısı olub

“Yeni Sabah” xəbər verir ki, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Reyhan Camalova “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. R.Camalova müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. 

Bu uğuruna görə R.Camalova 12 – 17 may  2019 – cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil etmək imkanı qazanıb.  Toyuqlu pizza

R.Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun  gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir.

Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qaliblərə pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!