Paytaxt sakinlərinin nəzərinə - Meriya görüşlərə start verir

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt sakinlərinin nəzərinə - Meriya görüşlərə start verir

Sosial

22 Aprel 2019 15:35 822


Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir.

BŞİH-dən "Yeni Sabah"a verilən məlumata görə, aylıq çərçivəsində paytaxt  rayonlarında sakinlərlə “Açıq qapı” günləri keçiriləcək.

Sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri təsdiq olunmuş qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində keçiriləcək. Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacar, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.   Görüşlərdə həm də bütünlükdə Bakı şəhəri və müvafiq rayonun ərazisində görülən və görülməsi nəzərdə tutulan işlər barədə vətəndaşlara məlumat veriləcək. Dominos pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!