Paytaxtın bəzi küçələri bu gecə işıqsız qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bəzi küçələri bu gecə işıqsız qalacaq

Sosial

27 Sentyabr 2024 17:32 361


Bu gecə Bakının Nəsimi rayonunun bəzi küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Nəsimi rayonunda elektrik şəbəkəsində həyata keçirilən təmir işləri ilə əlaqədar sentyabrın 28-də elektrik xətləri sifarişə əsasən açılacaq. Toyuqlu pizza

Bununla əlaqədar olaraq saat 01:00-dan saat 06:00-dək Azadlıq prospekti, Mirəsədulla Mirqasımov, Mirəli Qaşqay, Xan Şuşinski, Möhsün Sənani, Həsən Əliyev, Ceyhun Hacıbəyli, İmran Qasımov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!