Pedro Bikalyodan transfer xəbərlərinə REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Pedro Bikalyodan transfer xəbərlərinə REAKSİYA

İdman

20 Yanvar 2026 14:14 563


"Bu, mənim karyeramın ən vacib oyunudur".

"Yeni Sabah" xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun futbolçusu Pedro Bikalyo deyib.

Yarımmüdafiəçi sabahkı oyunla bağlı fikirlərini bölüşüb: Toyuqlu pizza

"Bizim üçün önəmli matçdır. Türkiyədə təlim-məşq toplanışımız oldu. İnanıram ki, sabahkı matçda istədiklərimizi həyata keçirə biləcəyik. Əsas komandanın qalib gəlməsidir. Oyundan sonra kimin "oyunun adamı" seçilməsi elə də vacib deyil".

Bikalyo mediada gəzən transfer xəbərləri barədə də danışıb:

"Tam əminliklə deyə bilərəm ki, bu xəbərlər mənim oyunuma heç təsir etmir. Digər məsələlər Qurban Qurbanovun və klub rəhbərliyinin işidir".

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!