Pelosi şübhəli əməliyyatlar vasitəsilə sərvətini artırıb 

saytların hazırlanması

Evə çatdırılma

Pelosi şübhəli əməliyyatlar vasitəsilə sərvətini artırıb 

Dünya

05 Yanvar 2024 09:12 667


ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi 2023-cü ildə ABŞ konqresmenləri arasında səhm opsionlarından şübhəli istifadə yolu ilə ən yüksək investisiya gəlirlərindən birini əldə edib. 

“Report”un məlumatına görə, bu barədə “The New York Post” konqresmen xanımın gəlirlərinə istinadən xəbər yayıb. 

Pelosinin investisiya portfeli növbəti dəfə Vaşinqtonda ən yüksək nəticələrdən birini göstərib. Nəşr vurğulayıb ki, konqresmen son vaxtlar səhm opsionlarının şübhəli istifadəsindən əhəmiyyətli gəlir əldə edib. Belə ki, Pelosinin investisiya portfeli keçən il 65% artıb.  Marqarita pizza

Qəzetin ekspertləri iddia edirlər ki, bu, opsion əməliyyatları zamanı mümkün korrupsiya komponentini göstərən “kvazi-insayder ticarəti”ni göstərə bilər. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!