“Ümumiyyətlə, Nensi Pelosinin səfərinə bu cür yanaşılmalıdır ki, o niyə Ermənistana gəldi?”
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Air Center” rəhbəri Pelosinin İrəvanda səsləndirdiyi fikirlərə toxunub. O, bunu 8 noyabrda ABŞ-da keçiriləcək aralıq seçkiləri ilə əlaqələndirib: pizza hut
“Amerikada payız aylarında aralıq seçkiləri olacaq. Ona “midterm elections” deyirlər. Pelosi bu seçkilərlə bağlı müvafiq səfər edib. Bəs yaxşı niyə məhz Ermənistana? Çünki onun seçki dairəsində daha çox erməni yaşayır.
İkincisi, amerikalıların özləri də səfər zamanı etiraf ediblər ki, Ermənistanın təhlükəsizlik qarantı Rusiyadır. Ona görə də burada ABŞ-ın fəaliyyəti müəyyən dərəcədə məhduddur. Baş nazir Nikol Paşinyan da bu yaxınlarda etiraf edib ki, Rusiya əsas qarant və təhlükəsizlik tərəfdaşıdır. Ona görə də bu səfər PiaR-dan (PR) başqa heç nə deyil”.
F. Şəfiyev deyib ki, bu səfərdən sonra da Ermənistan təxribata əl ata bilər:
“Bu, Pelosinin səfəri, yaxud digər səbəblərlə də bağlı ola bilər. Lakin bunu indi proqnozlaşdırmaq çətindir. Amma yenə deyirəm ki, bu səfəri Ermənistanda oturub dərindən fikirləşsələr, görəcəklər ki, PR-dan başqa hər hansı nəticə ortaya çıxmayacaq.
Pelosi, ümumiyyətlə, son seçkilər fonunda ABŞ-da ziddiyətli fiqur olub. Onun Tayvana olan səfəri də birmənalı qarşılanmayıb. Yəni demokratların arasında da Tayvan səfəri qınanılıb.
Bu səfərlər nəyə töhfə verir? Əgər söhbət ABŞ-ın Cənubi Qafqazda müəyyən nüfuza sahib olmasından, habelə onun Ermənistan və Azərbaycan arasında olan prosesi həvəsləndirməsindən gedirsə, onda sual yaranır ki, Pelosi niyə məhz Ermənistana gedib? Bəlkə, Azərbaycana da gəlməliydi? Bəlkə, Azərbaycan da müəyyən mesajlar verməliydi?
Eyni zamanda Pelosi dedi ki, ABŞ Ermənistana hərbi dəstək göstərəcək. Ola bilsin ki, müəyyən hərbi-texniki dəstək veriləcək. Əvvəllər də verilib. Amma bunun radikal xarakter daşıyacağını düşünmürəm”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız