Pənah Hüseyn pensiya yaşına çatdı

saytların hazırlanması

Evə çatdırılma

Pənah Hüseyn pensiya yaşına çatdı

Siyasət

29 Oktyabr 2022 11:36 1694


Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 65 yaşı tamam olub.

Yenisabah.az xəbərinə görə, bununla da P.Hüseyn pensiya yaşına çatmış hesab olunur.

O, 1957-ci ildə Sabirabad rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980-1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Azərbaycan Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Marqarita pizza

P. Hüseyn 1988-1991-ci illərdə azadlıq hərəkatında iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!