“Pencək-kostyum geyinib heç kimi saymır, yaxşı pul alırlar” - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Pencək-kostyum geyinib heç kimi saymır, yaxşı pul alırlar” - ETİRAZ

Sosial

20 Sentyabr 2024 11:10 674


Son illər baş redaktorlar, media holdinq rəhbərləri peşəkar jurnalistlərin azlığından gileylənirlər. Onlar bu peşənin dərinliyini bilən işçilərin barmaqla sayılacaq qədər olduğunu iddia edirlər.

Nə üçün istedadlı insanların çoxu artıq jurnalistikaya meyl etmir? Cəmiyyət jurnalistikanın əvvəlki kimi prestijli sahə olmadığını düşünür, yoxsa bu peşə ilə yüksək qazanc əldə edə bilmədiyi üçün insanlar ondan uzaq qaçırlar?

Məsələ ilə bağlı Yenisabah.az-a Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı danışıb. Sezar pizza

O, hazırda bu peşənin dərinliyini bilən insanların az olduğunu bildirib:

“Əvvəllər 500-600 qəzet var idi, saytlar isə ümumiyyətlə, yox idi. İndi isə 5000 qəzet var, 10.000 sayt. Peşəkar da buna görə getmir. Həm də söhbət ondan gedir ki, hamı jurnalist ola bilməz.

Həddən artıq çox özünü jurnalist sayan insan var, amma bu peşədən başı çıxan, ümumiyyətlə, bu peşənin nə demək olduğunu bilən insanlar çox azdır. Həm də belə görünür ki, maddiyyat da seçimdə rol oynayır. Çünki indi maddiyyat cəhətdən təbii ki, problemlər var”.

E.Şıxlının sözlərinə görə, tanınmış jurnalistlərin böyük əksəriyyəti qurumların mətbuat xidmətində rəhbər vəzifəsini tutmağa can atırlar:

“Fikir verin, az-çox tanınmış jurnalistlərin hamısı nazirliklərdə mətbuat xidmətinin rəhbəri olurlar. Pencək-kostyum geyinib, qalstuk taxır, özlərini dartır və yaxşı pul alırlar.

Elə buna görə də onlar jurnalistlərin verdiyi suallara saymazyana cavab verirlər. Bu da normal bir şey kimi görünür. Narazılıqlara gəldikdə isə əgər baş redaktorun özü peşəkardırsa və kimisə işə götürübsə, onu yetişdirməlidir. Əgər yetişdirə bilmirsə, deməli, redaktor deyil”.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!