Penitensiar Xidmətə telefon keçirən şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Penitensiar Xidmətə telefon keçirən şəxs saxlanılıb

Kriminal

25 Mart 2019 14:37 809


Penitensiar Xidmətin müalicə müəssisəsinə mobil terefon keçirən şəxs saxlanılıb. 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən (qanunsuz olaraq narkotik vasitələrin hazırlanması və satışı) təqsirli bilinərək həbs edilmiş Vəliyev Samir Cabir oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi, Masallı rayon sakini Ağayev Sabir Lətif oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki gödəkçənin cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkarlanıb.  Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!