Pensiya artımları nə vaxt ödəniləcək? –   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiya artımları nə vaxt ödəniləcək? – RƏSMİ AÇIQLAMA

Sosial

04 Fevral 2026 14:03 22781


Azərbaycanın hazırda qüvvədə olan qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildəki orta aylıq əməkhaqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Fevral ayı olmasına baxmayaraq, bu proses hələ də icra olunmayıb. Bu isə pensiya artımı gözləyən vətəndaşların narahatlığına səbəb olub.

“Yeni Sabah” məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb. 

Qurumdan bildirilib ki, pensiya artımı ilə bağlı yaxın günlərdə ictimaiyyətdə ətraflı məlumat təqdim olunacaq. pizza

Amma pensiyaların artırılmasının hansı tarixdən qüvvəyə minəcəyi, artımın məbləği və əhatə dairəsi ilə bağlı konkret detallar açıqlanmayıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!