“Pensiya kalkulyatoru”na 2,5 milyondan çox müraciət olub - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Pensiya kalkulyatoru”na 2,5 milyondan çox müraciət olub - Rəsmi

Sosial

20 Fevral 2024 11:04 423


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan, 2020-ci ildə istifadəyə verilmiş “Pensiya kalkulyatoru”na ötən dövrdə 2,5 milyondan çox müraciət olub.

Yenisabah.az xəbər verir ki, onlardan 2,3 milyonu yaşa görə, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarla bağlı müraciətlər olub.

Bu ilin ötən dövründə isə həmin e-xidmətdən 222 min dəfə istifadə edilib. Toyuqlu pizza

“Pensiya kalkulyatoru” e-xidməti istifadəçiyə mövcud qanunvericilik əsasında ona yaşa görə pensiya hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı və pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.

Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edib pensiya kalkulyatoru xidmətindən istifadə edən hər bir şəxs cari hesabında toplanmış sosial sığorta kapitalına əsasən ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Shamil Aliyev
    Mən bir ildən coxdur yasa gorə pensiya ala bilmirəm e sosial 200 azn qədər pensiya məbləgi gostərir.Kimə mutaciət edək.Abseron DSMF cavab vermir.
    2 years ago