Pentaqon Ukraynaya görə nəzarət mərkəzi yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon Ukraynaya görə nəzarət mərkəzi yaratdı

Dünya

27 Aprel 2022 10:47 464


Pentaqon Ukraynaya hərbi yardım üçün Almaniyada nəzarət mərkəzi yaradıb.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi məlumat yayıb.

Ukraynanın EUCOM Nəzarət Mərkəzi və ya ECCU ABŞ-ın Avropa Komandanlığının Ştutqartdakı qərargahında yerləşir və ABŞ-ın iki ulduzlu hərbi generalı tərəfindən idarə olunur. Dominos pizza

İdarəetmə mərkəzinə ABŞ personalı ilə yanaşı, Ştutqartdakı 15 digər yardımçı ölkənin əməkdaşları daxildir.

İdarəetmə mərkəzi həmçinin çərşənbə axşamı Almaniyada bir araya gələn və Ukraynaya yardım göstərən 40-dan çox tərəfdaş və müttəfiq dövlətin şəbəkəsini idarə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!