Keçmiş Pentaqon rəhbəri Mark Esper öz xatirələrində yazıb ki, prezident Donald Trampın müttəfiqləri onun “sədaqətsizliyindən” şikayətləniblər.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, Esperə qarşı ittihamlar 2020-ci ildə öldürülən iranlı general-mayor Qasım Süleymaninin 4 Amerika səfirliyinə hücum etməyə cəhd etməsi ilə bağlı iddiaları dəstəkləmədikdə ortaya çıxıb.
O, “Müqəddəs And: Fövqəladə zamanlarda müdafiə nazirinin xatirələri” adlı yeni kitabında bildirib ki, kəşfiyyat bilgiləri Q. Süleymaninin 4 səfirliyi hədəfə aldığını təsdiqləmirdi. Sezar pizza
M. Esper prezident Trampın vicdansızlıq nümunəsi göstərdiyini yazıb: "Trampın, adətən, hər şeyi şişirtməsi və tez-tez təsdiqlənməsi mümkün olmayan və ya tamamilə uydurma bəyanatlar verməsi faktı məlumdur".
Sabiq müdafiə naziri 2020-ci il yanvarın 10-da, Süleymaninin öldürülməsindən bir neçə gün sonra, Tramp "Fox News"-a yalan danışdığını qeyd edib.
Esper kitabında qeyd edir ki, o, səfirliklərə qarşı təhdidin olması ilə razılaşsa da, Trampın iddiaları əsaslandırıla bilməz.
Telegram kanalımız