Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Sosial

21 Aprel 2026 09:52 835


Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor müavini təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı əmr imzalayıb. 

Əmrə əsasən, Pəri Teymurova mərkəzin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə gətirilib. Toyuqlu pizza

Qeyd edək ki, Pəri Teymurova 2012-ci ildə Azərbaycan Dillər Universitetində “Xarici dil (fransız dili)” ixtisası üzrə bakalavriat təhsili alıb.

Əmək fəaliyyətinə Qazax rayonu M.Həsənov adına I Şıxlı kənd tam orta məktəbində müəllim kimi başlayıb. 2024-cü il 24 sentyabr tarixindən etibarən Tovuz rayonu Bayramlı kənd Z.Yusifov adına tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.

Bununla yanaşı, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində və Qazax rayonu Z.Mahmudov adına məktəbin Peşə Təmayüllü Siniflər layihəsində qrup rəhbəri vəzifəsində çalışıb.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!