Pərviz Şahbazov səudiyyəli həmkarı ilə “Xızı-Abşeron” KES inşasını müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Pərviz Şahbazov səudiyyəli həmkarı ilə “Xızı-Abşeron” KES inşasını müzakirə etdi

Siyasət

05 Oktyabr 2022 21:11 864


Vyanada Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüşdə bu ilin yanvar ayında təməli qoyulmuş 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının inşasının cari vəziyyəti nəzərdən keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə “ACWA Power” şirkətinin həyata keçirdiyi bu layihənin Azərbaycanın bərpa olunan enerji ilə bağlı hədəflərinə töhfə verəcəyi qeyd edilib. Dominos pizza

Söhbət zamanı qlobal neft bazarındakı mövcud vəziyyətə və “OPEC plus” formatında Azərbaycanla əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!