Dövlət İmtahan Mərkəzi bu gün respublikanın 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.
“Yeni Sabah” xəbər verir ki, imtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayıb və 3 saat müddətində aparılıb.
Fevralın 18-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan materiallarının emalına başlanılacaq. Dominos pizza
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənləri üzrə isə 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim edilib.
Telegram kanalımız