Peşə kurslarını daha 242 nəfər bitirib

saytların hazırlanması

Evə çatdırılma

Peşə kurslarını daha 242 nəfər bitirib

Sosial

12 Fevral 2019 17:02 811


2018-ci ilin noyabr-dekabr ayı ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilən 242 nəfər cari ilin yanvar ayı ərzində peşə təlimini uğurla başa çatdırıb. 

“Yeni Sabah” xəbər verir ki, onlardan 141 nəfəri qadınlardır. Onlara peşə kurslarını bitirmələri barədə sertifikatlar təqdim olunub, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Kursları bitirən 142 nəfərdən artıq 50 nəfərinin Xidmət tərəfindən işlə təminatı həyata keçirilib. Aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı kurslarının təşkili işsiz və işaxtaranların əmək bazarına çıxışının təmin olunması məqsədinə xidmət edir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!