Kreml Kiyevin təklif etdiyi “sülh formulu”nu "absurd və nəticə verə bilməyən" adlandırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
O bildirib: "Onlar Rusiyanın iştirakı olmadan “sülh formulu” tapmağa çalışırlar. Ən azı, bu, absurd prosesdir, lakin ciddi şəkildə, əlbəttə, heç bir nəticə potensialı olmayan prosesdir. Sezar pizza
Biz həqiqətən də inanırıq ki, danışıqlar mövzusu indi əhəmiyyətsizdir və dəfələrlə təkrar etmişik ki, Böyük Britaniyanın təkidi ilə Ukrayna danışıqlar masasını tərk etdiyi üçün bu danışıqlar üçün heç bir əsas, belə danışıqlar üçün heç bir ilkin şərt yoxdur”.
Peskovun sözlərinə görə, Ukrayna hakimiyyəti qanuni olaraq Rusiya ilə danışıqlara qadağa qoyduqdan sonra belə ilkin şərtlər azalıb.
Telegram kanalımız