Peskov Paşinyanın cavabını verdi

saytların hazırlanması

Evə çatdırılma

Peskov Paşinyanın cavabını verdi

Rəsmi

22 May 2023 16:07 1449


Dmitri Peskov Nikol Paşinyanın İrəvanın KTMT-dən hansı şərtlərlə çıxa biləcəyini deyən bəyanatını şərh edib.

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi deyib:

“Ermənistanın baş nazirinin bəyanatına gəlincə, erməni dostlarımızla dialoqu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq”. pizza sifarişi

Peskovun sözlərinə görə, ümumən KTMT təşkilata üzv dövlətlər arasında öz nüfuzuna malik olan, əvvəllər müxtəlif situasiyalarda öz effektivliyini nümayiş etdirmiş bir qurumdur.

O, strukturu gələcək inkişaf üçün ciddi potensiala malik təşkilat adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!