Peskov Paşinyanın sözlərinə təpki verdi

saytların hazırlanması

Evə çatdırılma

Peskov Paşinyanın sözlərinə təpki verdi

Rəsmi

02 İyun 2023 16:34 1134


Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Ukrayna ilə münaqişədə Rusiyanın müttəfiqi olmadığı barədə bəyanatını vacib sayır. Bu nəzərə alınacaq.

Yenisabah.az aif.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib: “Biz bunu (bəyanatı) nəzərə alırıq. Bu mühüm bəyanatdır. Biz bilirik ki, Ermənistanın Ukrayna münaqişəsinə yanaşmasında müəyyən nüanslar var. Bunları nəzərə alırıq. Lakin biz Ermənistanla konseptual müttəfiqlik münasibətlərimizi inkişaf etdirməyə davam edirik”. Dördpendirli pizza

Xatırladaq ki, Moldovada keçirilən Avrosammit zamanı Paşinyanın CNN-ə müsahibəsində bildirib ki, Ukrayna ilə münaqişədə Ermənistan Rusiyanın müttəfiqi deyil. Onun sözlərinə görə, İrəvan baş verənləri narahatlıqla izləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!