Peskov Rusiya-Belarus inteqrasiyasının mahiyyətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Peskov Rusiya-Belarus inteqrasiyasının mahiyyətindən danışdı

Siyasət

13 Sentyabr 2021 08:32 684


Rusiya və Belarus İttifaq dövlətinin yaradılmasının və inteqrasiyanın mahiyyəti dövlətlərin birləşməsindən deyil, hər iki ölkənin xalqlarının həyatının yaxşılaşmasındadır. 

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Qeyd edək ki, iki ölkənin liderləri ümumilikdə 28 inteqrasiya proqramının qəbul edilməsi barədə razılığa gəiblər.

"İnteqrasiyanın mahiyyəti birləşməkdə deyil, hər iki xalqı üçün həyatın daha da yaxşı olmasında, belarus və ruslar üçün yaşayışın yaxşılaşmasındadır", - deyə Peskov Belarusun ONT kanalı ilə nümayiş olunmuş müsahibəsində bildirib. Toyuqlu pizza

Peskovun sözlərinə görə, bu o deməkdir ki, hər iki ölkənin biznes strukturları bərabər hüquqlara malik olmalı, mallar sərbəst daşınmalı, gömrük prosedurları birləşdirilməlidir. "Burada gizlin bir məqam yoxdur. Bu, sərfəlidir və məntiqin diktə etdiyidir", - deyə mətbuat katibi vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!