Peskov: “Vəziyyət fövqəladə dərəcədə təhlükəlidir”

saytların hazırlanması

Evə çatdırılma

Peskov: “Vəziyyət fövqəladə dərəcədə təhlükəlidir”

Siyasət

16 Yanvar 2022 13:59 1572


Rusiya-Ukrayna sərhəddində gərginlik həddən artıq yüksəkdir, buna görə də Moskva təhlükəsizliyin təminatı ilə bağlı təkliflərinə birbaşa cavab almaqda israrlıdır”.

Yenisabah.az-ın xəbərinə görə, CNN telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə bir bəyanat verib.

Onun sözlərinə görə, Kreml “özünün kifayət qədər konkret təkliflərinə çox konkret cavab” almaq istəyir: “Bəli, həm sərhəddə, həm də Avropanın bu hissəsində yüksək gərginlik hökm sürür və bu vəziyyət bizim qitəmiz üçün fövqəladə dərəcədə təhlükəlidir”. pizza

Kremlin sözçüsü qeyd edib ki, məhz bu səbəbdən Rusiya özünün narahatlığına “açıq cavab” gözləyir.

Cənab Peskov müsahibəsində onu da vurğulayıb ki, Vaşinqton Rusiyanın guya Ukrayna ətrafında gərginlik yaratmaq planı barədə iddialarını təsdiqləyən heç bir sübut ortaya qoymayıb.

“Biz hələ də sübut gözləyirik. Təəssüf ki, biz bu gün saxta ittihamlar, uydurma xəbərlərlə dolu yalançı dünyada yaşamağa məcburuq”, - deyə Rusiya prezidentinin mətbuat katibi sözünü yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!