“Peskov kimdir, nəçidir, nə karədir ki...“   - Xocalıdan olan deputat qəzəbləndi

saytların hazırlanması

Evə çatdırılma

“Peskov kimdir, nəçidir, nə karədir ki...“ - Xocalıdan olan deputat qəzəbləndi

Siyasət

28 Mart 2022 16:15 731


“Ruslar hərbçi, FHN işçisi, tibb personal və s. xidmət kontingenti adı ilə, bəlkə də, 10 min nəfəri Azərbaycan ərazisində yerləşdiriblər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.

O, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Regionda gərginliyin artması fonunda əlavə sülhməramlı kontingentin göndərilməsinin mümkünlüyü məsələsi Rusiya Müdafiə Nazirliyi qarşısında qaldırılmalıdır” açıqlamasına münasibət bildirib. pizza sifarişi

Qeyd edək ki, son günlər Fərrux kəndi və Daşbaşı yüksəkliyinə nəzarətin Azərbaycan ordusuna keçməsindən sonra erməni və rus mediasında sülhməramlıların müvəqqəti yerləşdiyi bölgəyə Rusiya SQ-yə aid əlavə qüvvələrin gətiriməsi məsələsi gündəmə gətirilib.

Elman Məmmədov bununla bağlı bildirib:

“10 noyabr Atəşkəs Bəyanatında konkret say - 1960 nəfər göstərilib, amma hazırda sülhməramlı adı ilə bölgəyə neçə min nəfərlik heyət gətirilib bilinmir. Həm də cürbəcür adlarla. Halbuki 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında sülhməramlı missiyanın öhdəsinə düşən vəzifə nədən ibarət idi? Laçın dəhlizində hərəkətin təhlükəsizliyinin təmin olunması və Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması.

Sülhməramlılar gələn gündən bu işlə məşğul olmayıblar! Onlar gələn gündən qeyri-qanuni silahlı birləşmələr, separatçılar, terrorçular və cinayətkarla əməkdaşlıq, onları himayə ediblər. İndi də buna davam edirlər.

Nəyə görə indi sülhməramlıların sayı artırılmalıdır?! Əksinə, bir Azərbaycan vətəndaşı kimi deyirəm, əgər onlar belə fəaliyyət göstərirlərsə, biri də ərazimizdə olmamalıdır”.

E. Məmmədov əlavə edib:

“Sülhməramlıların götürdüyü öhdəlik tamamilə kənarda qalıb, 1991-ci ilin sentyabrından Azərbaycan ərazisində kök salmış separatçı-terrorçu qurumu müdafiə edir, onun mövcudluğuna və fəaliyyətinə şərait yaradır, təminatları ilə məşğul olurlar.

Rusiyalı sülhməramlılar Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyinə çox ciddi əngəllər yarada biləcək işlərlə məşğuldur. Bu kontingentin fəaliyyəti 1990-cı illərin əvvəllərində keçmiş Dağlıq Qarabağda mövcud olan 366-cı alayın fəaliyyətinə oxşayır. Axırda onlar ermənilərlə birlikdə Xocalıda soyqırımı törətdilər.

Peskov kimdir, nəçidir, nə karədir, Azərbaycan Rusiyanın tabeliyində deyil ki, əmr verib bildirəsiniz, oraya qoşun göndərəcəyik. Ukraynaya da göndərmisiniz də, gördük nələr oldu.

Rusiya dövlətinin ərazimizdə yerləşən hərbi kontingenti var, bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi Fərrux hadisələri ilə bağlı bəyanat verdi. Fikrimcə, Rusiya MN və onlara məxsus, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş həmin hərbi kontingent, ilk növbədə, öz prezidenti Vladimir Putinin imzasına hörmət etməlidir. 10 noyabr üçtərəfli sənədində onun da imzası var”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!