Son vaxtlar dini mövzuda sosial şəbəkələrdə çox paylaşılan videolardan biri də əcnəbi islam din xadimlərindən birinin çıxışıdır.
Həmin videoda din adamı iddia edir ki, peyğəmbər məsciddə olan zaman ürəyi qadın istəyir və buna görə də tələsik evə, həyat yoldaşının yanına gedir. Və cinsi ehtiyacını ödədikdən sonra məscidə qayıdıb ibadətini davam etdirir.
“Yeni Sabah” xəbər verir ki, ilahiyyatçı Elşad Miri videodakı iddialara münasibət bildirib. O, peyğəmbərlə bağlı onlarla belə əsasını tapmayan iddiaların zaman-zaman səsləndirildiyini qeyd edib: “Hətta bir gündə peyğəmbərin 9 xanımı ilə birgə olduğu iddialarını da səsləndirənlər var. Bunu deyən adamlardan soruşmaq lazımdır ki, bunu peyğəmbər özümü deyib, yoxsa kimsə onu izləyibmi? Belə çox nağıllar var...” Toyuqlu pizza
Telegram kanalımız