"Erməni peykindən alınan məlumatlar Ermənistan üçün hərbi sahədə də faydalı ola bilər".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan deyib.
Onun sözlərinə görə, Ermənistan yaxın vaxtlarda yekun avadanlığı alacağını gözləyir, bundan sonra qəbuledici stansiya və peyk idarəetmə mərkəzini açmaq mümkün olacaq. pizza mizza
Nazir işlərin cari rüb ərzində yekunlaşacağına ümid etdiyini bildirib.
R. Xaçatryan əlavə edib ki, bu vaxt mütəxəssislərin hazırlanması üçün istifadə olunur:
“İkinci erməni peykinin orbitə çıxarılması üzrə işlər ilkin mərhələdədir. Biz bazar araşdırması aparırıq, imkanlarımızı və təkliflərimizi qiymətləndiririk. İkinci peykin 2023-cü ildə hazır olacağını düşünmürəm”.
Telegram kanalımız