Pezeşkian İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian İlham Əliyevə zəng etdi

Siyasət

02 Aprel 2026 20:49 1233


Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. pizza sifarişi

Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!