Pezeşkianın fərmanı ilə yeni təyinat  

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın fərmanı ilə yeni təyinat  

Siyasət

24 Mart 2026 15:32 1126


İranda yüksək vəzifəyə kadr təyinatı baş verib.

“Yeni Sabah” xəbər verir ki, Məsud Pezeşkianın fərmanı ilə Məhəmməd Baqer Zülqədr  İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.

Məlumata görə, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Məhəmməd Mehdi Tabatabaei açıqlama verib. pizza mizza

O bildirib ki, təyinat Müctəba Xameneinin təsdiqindən sonra rəsmiləşdirilib:

“Ali rəhbərin təsdiqi və Prezidentin fərmanı ilə Məhəmməd Baqer Zülqədr Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib”.

Qeyd edək ki, bu vəzifəni daha əvvəl Ali Larijani icra edirdi. O, martın 17-də Tehranda baş verən hava hücumu zamanı həlak olub.

Yeni təyinat İranın təhlükəsizlik strukturunda son günlər baş verən dəyişikliklər fonunda həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!