Pharaoh Mullimova, Elizabeth Lalayev... - Süni intellektin səhvi

saytların hazırlanması

Evə çatdırılma

Pharaoh Mullimova, Elizabeth Lalayev... - Süni intellektin səhvi

Mədəniyyət

28 İyul 2025 20:11 738


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) saytında Xalq artisti Firəngiz Mütəllimova və Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin ad və soyadları fərqli formada ingilis dilinə tərcümə olunub.

Yenisabah.az “Grammar AZİ”yə istinadla xəbər verir ki, bununla bağlı ADMİU sosial şəbəkə hesabında açıqlama yayıb:

“Xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə süni intellekt əsaslı "DeepL Translate" modulu inteqrasiya edilib. Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun - xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir. pizza sifarişi

Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunub. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlayıb.

Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!