Pirallahıda silahlı şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Pirallahıda silahlı şəxs saxlanılıb

Kriminal

13 Mart 2019 15:25 1023


Pirallahı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Lənkəran rayon sakini Xəyal Xəlilov Dübəndi bağlar massivində dəniz kənarında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib. 

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.     Dördpendirli pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!