“Pitbull”un məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

“Pitbull”un məhkəməsi başlayır

Kriminal

10 Sentyabr 2019 14:16 913


Bakıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Pərviz İlyasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Yeni Sabah"ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Babək Pənahovun icraatında olan iş üzrə hazırlıq iclası sentyabırn 20-nə təyin edilib. Dördpendirli pizza

Qeyd edək ki, paytaxt ərazisində silsilə oğurluqlar edən P.İlyasov iyun ayında Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, özünə “pitbull” ləqəbi götürən həmin şəxs aprelin 24-də Nəsimi rayonunda yerləşən mağazalardan birindən içərisində 15 000 manat olan seyfı oğurlayıb. Elə həmin gün P.İlyasov ödəmə terminallarından birinin kassasını yararaq içərisində olan 1000 manatı da talayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!