Bir neçə gündür sosial şəbəkələrdə pivə qapağından ev udan, lakin udduğu evi ona vermədiyini iddia edən şəxsin videosu paylaşılır. “Yeni Sabah” xəbər verir ki, Göygöl rayonu sakini Nofəl Həsənov məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini də açıqlayıb.
Baş vermiş hadisə ilə bağlı Carlsberg Azerbaijan şirkətinin nümayəndəsi Lalə Əfəndi “Yeni Sabah”a açıqlama verib. Açıqlamada bildirilir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş "Xırdalan İç - Xırdalanda ev qazan" Milli promo-aksiyasının qaydalarına əsasən, lotereyada iştirak üçün qapaq altından çıxmış kodu promo-kampaniyanın rəsmi saytında qeydiyyatdan keçirmək lazım idi. Promo-kampaniyanın saytında qeydiyyatdan keçmiş bütün kodlar kampaniyanın rəsmi Facebook səhifəsində ( https://www.facebook.com/xirdalanpromo/ ) canlı yayımda keçirilən lotereyada iştirak edirdi. Qalib təsadüfi seçim vasitəsi ilə təyin olunurdu.
Göygöl rayonu sakini Nofəl Həsənov daha öncə Milli promo çərçivəsində ev uduşu iddiası ilə məhkəməyə müraciət edib. Sözügedən şəxs 18.02.2019 tarixində baş tutmuş görüşdə Şirkət nümayəndələri tərəfindən rəsmi olaraq məlumatlandırılıb ki, qapaq altında tapılmış kodu promo-kampaniyanın rəsmi saytında qeydiyyatdan keçirmək lazım idi və yalnız qeydiyyatdan sonra kod və onun sahibi lotereya iştirak imkanı qazanırdı. pizza mizza
N. Həsənovun sözlərinə görə o, kodu qapaq altında tapıb, lakin kampaniya qaydalarından tam olaraq məlumatlı olmadığı səbəbdən, kodun tapılmasını artıq ev uduşu hesab edib. Lakin promo-kampaniyanın qaydalarına əsasən kod yalnız kampaniyanın rəsmi saytında kodu tapan şəxsin adına qeydiyyatdan sonra uduşda iştirak edir. Saytda qeydiyyatdan keçmiş bütün kodlar onlayn-lotereyada iştirak ediblər və həmin lotereya nəticəsində, Şirkət tərəfindən daha öncə KİV-nə məlumat verildiyi kimi, üç qalib seçilib.
Nofəl Həsənov tərəfindən tapılan koda gəldikdə isə, Carlsberg Azerbaijan nümayəndələri ilə görüşdə Nofəl Həsənov bildirib ki, qapaq altında kodu tapdıqdan sonra o, kodu promo-kampaniyanın saytında qeydiyyatdan keçirməyib və müvafiq olaraq, lotereyada iştirak edə və mənzili qazana bilməzdi. Onun sözlərinə görə, kodu tapdıqdan sonra müraciət etdiyi mağaza nümayəndəsi ona yanlış məlumat verib.
Biz Nofəl Həsənovun qeyd etdiyi kodu sistemdə qeydiyyatdan keçən kodlar sırasında yoxladıq və həqiqətən də, kod tapılmadı və bu da bir daha Nofəl Həsənovun kodu saytda qeydiyyatdan keçirmədiyini təsdiqləyir.
Telegram kanalımız