Piyada keçidlərində yenilik - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Piyada keçidlərində yenilik - Fotolar

Avto

07 Avqust 2019 10:48 1468


Bakının inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eynisəviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən “Yeni Sabah”a bildirilib ki, məqsəd yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır: Toyuqlu pizza

- Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılıqın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

- Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.

- Daha asan yuyula bilən olması

Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində Agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!